Leykoz. Məlahət Həsənova
Чтение книги онлайн.

Читать онлайн книгу Leykoz - Məlahət Həsənova страница 4

Название: Leykoz

Автор: Məlahət Həsənova

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ hər şeyi ifadə edirdi. Danışan göz yaşlarımız idi, özümüz yox. Üçümüz də maşına oturduq. Hava çox soyuq idi. Vüqar (həyat yoldaşım) yolda balamızın ağır bir xəstəliyə tutulduğunu dedi.

      – Nə xəstəlikdi? – deyə soruşdum. Bunu onun öz dilindən eşitmək istəyirdim.

      – Leykoz…

      – Necə, leykoz? – deyə soruşdum.

      Oxumuşdum Leykoz haqqında, necə xəstəlik olduğunu bilirdim. Yenə də onun dilindən eşitmək istəyirdim. Çünkü hal-hazırda inandığım bircə o idi… Ondan başqa heç kimə inanmırdım.

      – Qan xərçəngi – deyə o cavab verdi.

      Dəhşət… Elə bil dünya başıma fırlandı. Mənim həmişə filmlərdə gördüyüm, həmişə xəyalıma belə gətirmədiyim bir xəstliyə indi balam tutulmuşdu. Nə edəcəyimi bilmədim. Bu anda nə etmək olar? Susurduq… Nə edim? Susmaqdan başqa nəsə demək olardımı? Danışan ancaq ürəklər idi. Mən yoldaşımın nə dediyini, nə düşündüyünü duyurdum, hiss edirdim. Söhbəti mən başladım.

      – Bəs həkimlər nə deyir?

      – Nə lazımdısa edəcəklər. Balamızı ən təcrübəli həkimlər müalicə edəcək.

      – Müalicə edəcəklərinə söz veriblərmi?

      Mənim də soruşduğum sözdü bəyəm?! Söz veriblərmi?.. Həkim bəyəm söz verir?! Həkim sadəcə deyir ki, əlimizdən gələni edəcəyik. Vəssalam…

      Qaynım Minsk şəhərinin mərkəzində gözəl bir binanın 5-ci mərtəbəsində yaşayırdı. Sağ olsun, bizə qapısını açdı. Burda qalmağı məsləhət gördü. Evdə çoxdan heç kim qalmadığından təmizlik etmək lazım idi. Axşama kimi vaxtı bir təhər yola verdim. Sabahı səbirsizliklə gözləyirdim. Sabah balamı görəcəkdim. Onu bağrıma basmaq həsrəti ilə yuxuya necə getdiyimi bilmədim. Səhər açıldı. Evdəkiləri tələsdirirdim ki, tez çıxaq. Xəstəxanaya çatdıq. Uzaqdan gəldiyimə görə məni qızımla görüşməyə icazə verdilər. Əslində bura reanimasiya şöbəsi olduğundan heç kimi buraxmırlar. Bu qədər uzaq yolu gəldiyimə görə sözümüzü yerə salmadılar.

      Yanına getdim. Qızım çarpayıda oturmuşdu. Rəngi heç xoşuma gəlmədi. Bu neçə gündə çox arıqlamışdı. Halı da yox idi. Məni gördüyünə belə sevinmədi.

      – Niyə gəlmisən? Demədim sənə gəlmə?!

      İlk sualı bu oldu.

      – Mən gəlməyə bilməzdim qızım…

      – Get, görmək istəmirəm sizi. Sizin üzünüzdən xəstələndim mən… Gəlməyin yanıma, görmək istəmrəm sizi. Gəlməyinnnn, istəmirəm…

      Niyə? Sualını vermədim. Bəlkə də haqlı idi. Çünkü övladların xəstəliyində həmişə analar günahkar olur. Sarılmaq istədim. Sanki sinəsində ox sancılmış kimi sistem var idi. Ancaq yenə də dözə bilmədim, qucaqladım balamı. Elə bil neçə vaxtdı görmürdüm, amma cəmi 3 gün idi ayrılmışdıq. Ağlamadım, onun ağlamaqdan heç xoşu gəlməzdi. Həkim mənə ona bir az yemək verməyimi söylədi. Yemək istəmədi.

      – Get! Gəlmə dedi.

      Gəlmə sözünü elə qəti dedi ki…

      Mən onu incitmək istəmədim. Otaqdan çıxmaq istəyəndə…

      – Anaaa

      Bilirdim ki çaqıracaq məni.

      – Can ana

      – Niyə gəldin?

      – Necə gəlməyəydim qızım, mən rahat otura bilərdim səncə? Mən orda, sən burda. Mən rahat ola bilərdim? Çox darıxdım qızım…

      – Anaaa

      – Caan, ana qurban

      – Mən ölsəm bu mənim üçün bir fürsət olar. Özün bilirsən bunu nəyə əsasən dedim.

      – Elə demə mənim balam.

      – Bilirsən, məni onsuz da ona verməyəcəklər. Razı olmayacaqlar. Hamı bir tərəfdən ancaq bizim əleyhimizə olacaq.

      – Qızım sən bircə sağal. Bax, həkimlər də söz veriblər. Biz bu xəstəliyə qalib gələcəyik. Mən hər şeyi yoluna qoya-cam. Təki sən sağal ana qurban. Həmişə nə deyirdin: “Ana hər şeyi həll edəcək”…

      Gözləri doldu balamın. Mən onun gözlərində bir az da olsa, inam gördüm. Bundan qabaqkı kimi baxmırdı. Baxışlarında bir az da olsa, fərq var idi. Sanki ümidlənmişdi. Onu inandırmışdım.

      – Sən sağalacaqsan qızım. Ata da, mən də burdayıq – sənin yanındayıq.

      – Anaa, hər gün gələcəksən yanıma?

      – Əlbəttə, mənim balam, hər gün gələcəm. Bəlkə bir az yemək verim sənə, hə, quzum?

      – Azca yeyərəm.

      5-6 qaşıq da olsa yedi. Daha istəmədi.

      – İndi get, ana, yatmaq istəyirəm.

      – Yaxşı mənim balam.

      Mən çıxdım. Bir ölüdən heç bir fərqim yox idi. Xəstəxanın koridorunda dayanan yoldaşım isə heç də məndən fərqlənmirdi.

      Həkimin çıxmağını gözlədik. Həkim gəldi. Balamızın ağır xəstə olduğunu dedi… Onun sağalmaq ümidi olduğunu və əllərindən gələni edəcəklərini söylədi. Mən həkimin ayaqlarına düşüb, əllərindən öpmək istədim. Yalvardım… Balamı xilas edin dedim. Həkim məni əllərimdən tutub ayağa qaldırdı. Belə eləməyin dedi… Bizə ümid verdi və bizi mehribanlıqla yola saldı.

      Xəstəxanadan çıxdıq. Maşına oturduq. Qaynım onu gözləməyimi deyib harasa getdi. Yağış yağırdı. Mən isə göz yaşlarımı saxlaya bilmirdim. Yağış isə dayanmaq bilmirdi. Üzümü göyə tutdum və yalvarmağa başladım…

      Allahım, niyəəə, neyçün? Mənim balamın günahı nə idi?!.. Əgər mənim günahım var idi isə, məni cəzalandırar-dın. Nə istədin balamdan?! Var gücümlə bağırırdım, üsyan edirdim…

      – Niyə? Niyə? Niyə? Suallarımın ardı-arası kəsilmirdi.

      Suallarıma cavab verən olmadı. Mənim verdiyim suallara kim cavab verəcəkdi. Bir ananın fəryadına kim cavab verəcəkdi? Kim??? Mən nə edəcəyimi bilmirdim, qərib ölkə, qərib şəhər… Bir susqunluq var idi. Yoldaşım susurdu. Mən isə üsyan edirdim, gücüm çatdıqca var gücümlə qışqırırdım.

      – Sakit СКАЧАТЬ